Müştəri kartı
Keşbek hesablanması
Yenilənmiş Müştəri kartı sizi bizə, bizi sizə bağlayır!
Benefit
Hər alışın 1% məbləği müştəri kartına geri qayıdır
Benefit
Ödənişdə istifadə et, ya da topla, istədiyini al.
Benefit
Müştəri kartı sahiblələrinə xüsusi kampaniyalar 
İstifadə şərtləri

Baku Electronics müştəri kartlarının istifadə qaydaları

  1. Terminlər

    • Müştəri kartı - “Baku Electronics” MMC-nin müştəri loyallıq proqramına üzvlük kartıdır.
    • Müştəri – “Baku Electronics” MMC-nin loyallıq proqramında qeydiyyatdan keçmiş şəxsdir.
    • OTP (One-time password) - Əməliyyatların icrası zamanı istifadə edilən birdəfəlik məxfi koddur.

  2. Ümumi şərtlər

    • Müştəri kartı Baku Electronics şirkətinə məxsusdur və müştəri tərəfindən qorunması vacibdir.
    • Müştəri kartını 18 yaşına çatmış fiziki şəxslər könüllü və heç bir məbləğ ödəmədən əldə edə bilər.
    • Loyallıq proqramında iştirak etmək üçün müvafiq anketi doldurmaqla qeydiyyatdan keçmək tələb olunur.
    • Anketdə göstərilən şəxsi məlumatlar müştəri tərəfindən qeyd edilməlidir.
    • Müştəri anketi doldurulmasında istfiadə olumuş məlumatların düzgünlüyü haqqında bütün məsuliyyəti öz üzərinə götürür.
    • “Baku Electronics” MMC-nin loyallıq proqramı çərçivəsində müştəriyə eyni zamanda iki və daha artıq Müştəri kartı verilə bilməz.
    • Müştərilər qeyd etdiyi əlaqə məlumatı (mobil nömrə) vasitəsi ilə OTP kod əldə edir.
    • OTP Müştəri kartında toplanan keşbeki xərcləmək üçün istifadə olunur.
    • Baku Electronics MMC loyallıq proqramının şərtlərində dəyişiklik etmək hüququnu özündə saxlayır.
    • Müştəri şirkətə şəxsi məlumatlarının loyallıq proqramı daxilində istifadəsinə tam icazə verir.
    • Müştəri reklam xarakteri daşıyan informasiyanın sms, elektron poçt və zəng vasitəsi ilə ona çatdırılmasına tam icazə verir.
    • Aşağıdakı hallar baş verərsə, Baku Electonics loyallıq proqramına üzv olan müştərini üzvlükdən çıxarmaq hüququna malikdir:
      - Müştəri şəxsi məlumatlarını düzgün qeyd etmədikdə;
      - Müştəri düzgün və ədalətli olmayan yollarla kartına keşbek topladıqda;
    • Keşbek hesabının ləğv edilməsi, itirilmiş kartın nüsxəsinin çıxarılması müraciət əsasında həyata keçirilir.
  1. Keşbek toplanma qaydası

    • Ödəniş formasından (taksit kartları istisna olmaqla) və yerindən asılı olmayaraq müştəri etdiyi bütün alışların məbləğinin 1%-ini keşbek olaraq qazanır.
    • Keşbek avtomatik olaraq kartın balansına daxil edilir.
    • Qazanılan keşbek 14 gün sonra aktiv edilir.
    • 1 (bir) keşbek 1 (bir) Azərbaycan manatına (AZN) ekvivalentdir.
    • Keşbek hədiyyə edilmir və bir müştərinin keşbeki digər müştərinin kartına köçürülə bilməz
    • Keşbek pula dəyişmək mümkün deyil.
    • Aksiya şərtlərinə müvafiq olaraq qazanılan keşbek həcmi fərqli ola bilər.
  1. Keşbek istifadə qaydası

    • Müştəri aktivləşmiş keşbek ilə Baku Electronics-in pərakəndə və onlayn mağazalarında mal və xidmətləri qismən və ya tam şəkildə ödəyə bilər.
    • Keşbek xronoloji ardıcıllıqla istifadə olunur. 1 (bir) il ərzində istifadə edilməmiş keşbek məbləği müştərinin keşbek hesabından silinir.
    • Bir satışda yalnız bir müştərinin adına bağlı müştəri kartı istifadə oluna bilər.
    • Kreditlə alış zamanı keşbek yalnız ilkin ödəniş kimi təyin edilmiş məbləğin ödənilməsində istifadə oluna bilər.
    • Malların qaytarılması zamanı bu malın alınmasında hesablanmış keşbek müştərinin kart balansından silinir.
    • Müştəri özünə məxsus keşbekin qeyri-qanuni istifadə halları aşkarladıqda bu barədə dərhal Baku Electronics-a məlumat verməlidir.
    • Müəyyən kampaniyalar ərzində alınmış məhsula keşbek hesablanma qaydası dəyişə və yığılmış keşbekden istifadə etmək məhdudiyyəti yarana bilər.